AZ

Niyə I Pyotr altı il dəfn edilmədi? - İlginc FAKTLAR

Azərbaycan xalqına və torpaqlarına qarşı qəddar siyasəti ilə tarixə düşən və Rusiyanın fəxri sayılan "Dəli Petro", birinci Pyotr ermənilərin Azərbaycan torpaqlarına geniş miqyaslı köçürülməsinin əsl səbəbkarı idi.. Həmin bu fikr “Russkiy Vestnik” sənədlər toplusunun 1867-ci il buraxılışında da qeyd olunmuşdur.
Onun : "Əgər növbəti yay ticarətçi, sənətkar və köçkün ermənilər Dərbənddə, Bakıda məskunlaşsalar (Allah izniylə, oraları mənimsəyəcəyik) bizim üçün yaxşı olacaq" fikirləri 1867-ci ildə "Русский Вестникь" jurnalının 68-ci bölməsində açıq yazılır.
Bu qəddar və Azərbaycan düşməni olan, Rusiyanın qurucusu sayılır. Onun ölümü də xəstəlikdən olub. Müasir tibbi təhlillərə görə, Pyotrun ölümü çox güman ki, xroniki urogenital xəstəliklərin kəskinləşməsi və böyrək çatışmazlığı ilə bağlı olmuşdur.
Rus tarixçilər yazırlar ki, I Pyotr 1725-ci ildə dəbdəbəli dəfn mərasimlərindən dərhal sonra Pyotr və Pol Katedralində dəfn olunub. Lakin indi əldə edilən sənədlər bunun əksini sübut edir.
Reallıqda Rusiya İmperiyasının qurucusunun cəsədi altı il dəfn olunmamış idi..
I Pyotr 1725-ci il yanvarın 28-də əzablar çəkərək öldü.
Mixail Pazinin “Romanovların qeyri-rəsmi həyatı” kitabına görə, onun tabutu 42 gün Qış Sarayının kabinetində saxlandı ki, onunla vidalaşmaq olsun..Maraqlıdır ki, tabut uzun müddət açıq saxlanılmışdı – cəsədin üzünə baxmaq mümkün idi.
Mumiyalanmış cəsədi olan tabut o vaxt hələ tikilməkdə olan Peter və Paul Katedralinin içərisinə qoyulmuşdu. Balzamlama işi məşhur mason və “qara sehrbaz” Yakov Bryus tərəfindən həyata keçirilib. Pyotrun bədəni həm də elmi-tibbi eksperiment üçün istifadə olunmuşdu.Tarixi mənbələrdə qeyd olunur ki, Pyotrun bədəni xüsusi qarışıqlarla işlənmiş, yəni yarı-mumiyalaşdırılmışdı.
Aleksandr Smirnovun "Naməlum Pyotr I" kitabında təsvir edilən versiyalardan birinə görə, Bryus onun ölümündən sonra imperator üçün müvafiq məqbərə tikmək niyyətində idi. Ən azı, qiymətli qranit və mərmərdən hazırlanmış hansısa tikili həqiqətən o dövrdə Pyotr və Pol qalasının ərazisində tikilirdi.
Bu faktı 1725-1731-ci illərdə Sankt-Peterburqa səfər edən əcnəbilər də qeyd ediblər. Bundan başqa, 1727-ci ildə ərinin ölümündən sonra taxta çıxan Yekaterina Alekseyevna da ağciyər xəstəliyindən dünyasını dəyişib. Onun tabutu I Pyotrun tabutunun yanına qoyulmuşdu. İmperator və xanımının qalıqları daha üç il orada qaldı.
I Yekaterinanın cəsədi də Yakov Bryusun resepti ilə balzamlaşdırılıb. Lakin birdən birə o bütün işlərini ataraq saraydan getmək qərarına gəlir və daha üç il o dəfn edilmir.
“Pyotrun cəsədi klassik “mumiyalaşdırılmış” halda deyil, daha çox balzamlanmış və uzunmüddətli qorunmuş şəkildə saxlanılmışdı. O, ölümündən sonra 6 il “mumiyaya bənzər” vəziyyətdə nümayiş etdirildi, lakin sonradan dəfn edildikdən sonra təbii şəkildə parçalandı.
Rusiyada mütləq görülməli 100 yer” nəşrinin müəllifi Sinqaevski qeyd edir ki, imperatorun cəsədi altı il dəfn olunmamış qalır. Bu arada Pyotrun qardaşı qızı Anna İoannovna taxta çıxdı. O, okkultizm və ya masonlarla maraqlanmaqdan uzaq, əmisinin cəsədinin xristian ayinlərinə uyğun olaraq dəfn edilməsini əmr etdi.
1731-ci ildə Pyotr və arvadının qalıqları nəhayət basdırıldı.Müasir dövrdə məzarda yalnız skelet qalır.Sovet hakimiyyəti dövründə bir neçə dəfə Pyotrun məzarı açılıb.
Azərbaycan xalqına zülm etmiş Pyotr da, Lenin də və digərlərinin də bu cürə əzabla ölməsi və sonradan uzun illər torpağa basdırılmaması bir daha göstərir ki, zalımlara heç bir dünyada yer yoxdur.
Zaur Əliyev, tarixçi
Seçilən
9
news365.az

1Mənbələr