AZ

ABŞ 6 cı nəsil ilk qırıcı təyyarəsini hazırlayır

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az “Defense News” nəşrinə istinadən xəbər verir ki, Amerika HHQ-nin Baş qərargah rəisi general Devid Olvin Hava və Kosmik qüvvələr Assosiasiyasının illik hava, kosmos və kibernetika üzrə konfransında belə deyib. - “F-22 Raptor” qırıcısını əvəzləmək üçün nəzərdə tutulan “F-47” təyyarəsi ilk uçuşunu 2028-ci ildə edəcək və gələcək hava üstünlüyü üçün əsas platformaya çevriləcək. “Boeing” mart ayında müsabiqədə qalib gəldiyini elan etdikdən sonra altıncı nəsil qırıcının istehsalına başlayıb”, - general Olvin bildirib. “F-47”-nin təkmilləşdirilmiş gizli imkanlara, müasir silahlara və mühərriklərə malik olacağı və pilotsuz qanadlı təyyarələrlə birgə fəaliyyət göstərəcəyi gözlənilir. Daha əvvəl dərc edilmiş məlumatlara görə, təyyarənin döyüş radiusu 1852 km-dən, maksimal sürəti isə 2448 km/saatdan çox olacaq. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
azvision.az

1Mənbələr