AZ

“Kəpəz”in kapitanı: “Belə davam etməyəcək”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Kəpəz” Premyer Liqada sonuncudur. Gəncə təmsilçisi 5 turda xal qazana bilməyib. Uğursuz nəticələr fonunda baş məşqçi Adil Şükürov istefaya göndərilib.

“Kəpəz”in kapitanı Əli Səmədov “Futbolpress.az“a açıqlamasında nəticələri şərh etdi:

“Əlbəttə, belə nəticələr gözləmirdik. 3-4 mövsümdür, beləyik. Amma inanıram ki, toparlanacağıq, belə davam etməyəcək. Çətin olacaq, itirdiyimiz xallar var. 5 turdur, xal qazanmamışıq. İnanıram ki, düzələcək. Bu situasiya bizə yad deyil. Qələbələr qazanmalı, xal ehtiyatımızı artırmalıyıq. İnanıram ki, komanda düzələcək”.

“Kəpəz”də ardıcıl üçüncü mövsümdür ki, mövsümün startı uğursuz alınır və baş məşqçi dəyişikliyindən sonra vəziyyət düzəlir. Kapitan bu situasiyaya da toxundu:

“Qəribədir, hər mövsüm eyni şey təkrarlanır. Bu, bizə xoş deyil. Hazırlıq normal qaydasında keçir, amma oyunda alındıra bilmirik. Düzdür, yeni oyunçular var və vaxt lazımdır. Ancaq arıtq 5 turdur, bu problem olmamalıydı. Qarşıdakı oyunlarda əlimizdən gələni etməliyik ki, xal və ya xallar qazanaq”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
futbolpress.az

1Mənbələr