AZ

Uğuruna görə anası ilə qucaqlaşıb ağladı Video

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, bu mövsümün “Qızıl top” mükafatının sahibi PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele olub.

“Qafqazinfo”nun məlumatına görə, o, mükafatı aldıqdan sonra tədbirdə kövrək anlar yaşanıb.

Belə ki, 28 yaşlı futbolçunun anası səhnəyə gələrək onunla qucaqlaşıb. Bu zaman onlar göz yaşlarını saxlaya bilməyiblər.

Həmin görüntüləri Çempionlar Liqasının rəsmi səhifəsi paylaşaraq bu sözləri yazıb: “Mother and son” (Ana və oğul).

Qeyd edək ki, 2024/25 mövsümündə Dembele PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, Superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub. 

Sözügedən görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
qafqazinfo.az

2Mənbələr