AZ

Peyvəndlə bağlı əhaliyə təcili çağırış edildi

“Havaların soyuması ilə əlaqədar hava-damcı üsulu ilə ötürülən virus infeksiyalarının yayılmasında artımlarım olması epidemioloji qanunauyğunluq olaraq hər il təkrarlanır. Hazırda hələ ki epidemioloji durum sabit olaraq qalır, keçən illə müqayisədə yoluxma sayında artımlar qeyd olunmur”. 

Payızda yoluxma yenidən arta bilər - Xəbərdarlıq | Modern.az

Təyyar Eyvazov deyib

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edilir: “Əhali arasında respirator və ümumi əlamətlərlə müşayiət edilən hallar müxtəlif kəskin respirator viruslar tərəfindən törədilir. Bu tip infeksiyalar arasında daha çox fəsadlaşa bilən qrip infeksiyasıdır ki, buna qarşı sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edirik”. 

Dr. Vaqif Qarayev - Onlayn rezervasiya edin, rəyləri oxuyun |  doktorsitesi.az

Vaqif Qarayev

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı fikrini bölüşüb: “Yuxarı tənəffüs yollarını zədələyən kifayət qədər çox virus var. Onların adları müxtəlifdir. Amma biz gündəlik həyatda elə hər birini "qrip" adlandırırıq. Hətta burnumuz tutulanda belə “qrip olmuşam” deyirik. Bu, düzgün yanaşma deyil. Çünki qripin öz virus ştamları mövcuddur. Qrip əslində son dərəcə ağır gedişli xəstəlikdir. Bəzən ciddi fəsadlar verir, hətta ölümlə nəticələnən hallara səbəb olur. Tarixdə qrip epidemiyaları milyonlarla insanın həyatına son qoyub. Allah göstərməsin, bir də elə bir təhlükə ilə üzləşməyək. Hazırda belə bir vəziyyət yoxdur və ümid edirik ki, heç olmayacaq da. 

Amma qripdən fərqli olaraq, nisbətən yüngül gedişli virus xəstəlikləri də var. Onlar daha çox uşaqlar və böyüklər arasında müşahidə olunur. Təbiidir, payızdır, hava dəyişib, iqlim dəyişikliyi müşahidə olunur. Bu, hər il olduğu kimi bu ildə də təkrar olunacaq. Belə vəziyyətdə nə etmək lazımdır? Əslində qorunma yolları çoxdan məlumdur və artıq 100 ildən çoxdur ki, həkimlər tərəfindən tövsiyə edilir: əlləri tez-tez yumaq və gigiyenaya riayət etmək, insanların sıx toplaşdığı yerlərə getməmək, geyimə diqqət yetirmək, xüsusilə uşaqların geyiminə fikir vermək. Xüsusilə də uşaqlarda. Çünki hava olduqca dəyişkəndir: səhər başqa, günorta tamam başqa, axşam isə daha fərqli temperatur ola bilər. Ona görə valideynlər uşaqların geyimini hava şəraitinə uyğun seçməlidirlər. Valideynlər havaya aldanmasın. Yəni səhər günəşli olsa belə, uşaqlar məktəbə gedəndə ehtiyat üçün əlavə geyim qoymaq lazımdır ki, dərsdən çıxanda soyuğa düşməsinlər. Əllər də mütləq yuyulmalıdır. Bu, adi bir qaydadır və yeni tələb deyil, sadəcə, mütləqdir". 

Həkim qeyd edir ki, qidalanmaya xüsusi diqqət verilməlidir: “Menyuda meyvə və tərəvəz bol olmalı, eyni zamanda ət də mütləq yer almalıdır. Çünki sağlam qidalanma uşaqların immunitetini gücləndirir. 

Havaya çıxmaq da vacibdir. Şagirdlər təmiz havada olmalıdırlar, lakin ağız-burnu tam bağlamadan nəfəs almalıdırlar. Soyuqdan bu qədər qorxmaq düzgün deyil. Əsas odur ki, uşaqlar çoxlu insanın toplandığı, havasız yerlərə getməsinlər.  

Peyvənd isə həssas və ağrılı mövzudur. Burada söhbət əsasən qrip peyvəndindən gedir. Adətən peyvənd sözü gələndə insanlar qorxu və şübhə ilə yanaşırlar. COVİD-19 pandemiyası isə bu məsələni daha da kəskinləşdirdi və dünya miqyasında bir çox insanda peyvəndə qarşı etiraz və nifrət yarandı. 

Amma faktlar göstərir ki, COVİD-19 dövründə peyvənd olunan insanlar ya xəstəliyə yoluxmadı, ya yoluxsalar da yüngül keçirdilər. Peyvənd olunmayanlarda isə yoluxma halları daha ciddi oldu və bəziləri ölümlə nəticələndi. Bu, təkcə ölkəmizdə deyil, bütün dünyada müşahidə olunan bir tendensiyadır. 

Qrip virusunun müxtəlif ştamları mövcuddur - A, B, C. Sosial və səhiyyə qurumları hər il bununla bağlı araşdırmalar aparır. Məsələn, 2025-ci ilin payızında Azərbaycanda hansı qrip ştamının yayıla biləcəyi proqnozlaşdırılır. Bu ştamlara qarşı peyvəndlər hazırlanır ki, payız aylarında insanlar qorunmuş olsunlar". 

Seçilən
27
3
news365.az

4Mənbələr