AZ

Messi Qızıl top u qazanan Dembele ilə bağlı paylaşım etdi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"İnter Mayami"nin hücumçusu Lionel Messi PSJ-nin hücumçusu Usman Dembeleni "Qızıl top"u qazanması münasibətilə təbrik edib.

Fanat.Az xəbər verir ki, argentinalı superulduz sosial şəbəkə hesabında paylaşım edib.

"Möhtəşəm Usman! Təbrik edirəm, sənin üçün çox sevinirəm. Sən buna layiqsən".

Mərasim bazar ertəsi, sentyabrın 22-də baş tutub. 28 yaşlı fransız müvafiq olaraq ikinci və üçüncü yerləri tutan “Barselona”nın yarımmüdafiəçisi Lamine Yamalı və PSJ-nin yarımmüdafiəçisi Vitinyonu qabaqlayıb.

2024/25 mövsümündə Dembele PSJ-nin heyətində bütün turnirlərdə 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
fanat.az

2Mənbələr