AZ

Dembele qalib gəldi, Fransa rekord vurdu

PSJ-nin hücumçusu Usman Dembele 2025-ci ildə "Qızıl top"un sahibi olmaqla bu mükafatı qazanan 6-cı fransız futbolçu olub.

Publika.az xəbər verir ki, ondan əvvəl Raymond Kopa (1958), Mişel Platini (1983, 1984, 1985), Jan-Pyer Papen (1991), Zinəddin Zidan (1998) və Kərim Benzema (2022) bu mükafatı qazanıblar.

Bununla da Fransa "Qızıl top" sahiblərinin sayına görə birinci yerə yüksəlib. İndiyədək fransızlar bu göstəricidə 5 futbolçu ilə Almaniya və İtaliya ilə liderliyi bölüşürdülər.

Seçilən
16
publika.az

1Mənbələr