AZ

Naxçıvanda şəhid ailələrinin sağlamlığına xüsusi diqqət göstərilir

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Səhiyyə Nazirliyinin, Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə şəhid ailələrinin sağlamlıq qayğısına xüsusi diqqət göstərilib.

Bu məqsədlə Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası 10–20 sentyabr 2025-ci il tarixlərində şəhid ailələrinə ev ziyarətləri həyata keçirib. Terapevt, pediatr, kardioloq, nevropatoloq, cərrah, LOR, stomatoloq və digər ixtisas həkimlərindən ibarət tibbi heyət ailə üzvlərinin sağlamlıq vəziyyətini qiymətləndirib, müayinələr aparıb, laborator analizlər götürüb, təzyiqləri ölçüb.

Müayinələr nəticəsində əlavə tibbi yardıma ehtiyacı olan şəxslər Babək Rayon Mərkəzi Xəstəxanasına dəvət edilərək genişləndirilmiş müayinələrə cəlb olunublar.

Ümumilikdə 9 şəhid ailəsi ziyarət edilib, onların sağlamlıq durumuna diqqət və qayğı göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
3
sesqazeti.az

4Mənbələr