AZ

Ərdoğan: “Bu heç yaxşı xəbər deyil”

AzVision.az xəbər verir ki, Türkiyə lideri“Fox News” telekanalına müsahibəsində Ukraynhadakı münaqişənin tezliklə bitib-bitməyəcəyi barədə sualı belə şərh edib.

“Mən Ukraynadakı müharibənin tezliklə bitəcəyinə elə də inanmıram. Bu, yaxşı xəbər deyil və biz bu haqda düşünürük. Bu, ağır bir yük kimi ürəyimizdən asılıb”,- Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, həm Rusiya, həm də Ukrayna müharibədə çox böyük itkilər verir. Onun sözlərinə görə, Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz və Avropa çətin ki, Kiyevə daimi iqtisadi yardım göstərə bilsin.

- İnanıram ki, bu yardım davam edəcək. Eyni zamanda, ABŞ-nindəstəyinin nə qədər davam edəcəyini bilmirəm. Mən bunu qiymətləndirə bilmərəm”, - Ərdoğan vurğulayıb.

Türkiyə liderinin fikrincə, Avropa və NATO Rusiya ilə münasibətlərdə Ankaranın Moskvaya yanaşmasından istifadə etməlidir. Bu yanaşma Ankaranın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətlərinə əsaslanır.

Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib ki, regional münaqişələrin, xüsusən də Ukrayna və Qəzza zolağının həlli məsələlərində ABŞ prezidenti Donald Trampla fəal təmasdadır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
9
1
azvision.az

2Mənbələr