AZ

Millimiz iki yoxlama oyunu keçirəcək

Qadın futbolçulardan ibarət millimiz Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, oyunlar oktyabrın 24-də və 27-də keçiriləcək. Hər iki matç Çimkənddəki “Qajımukan Munaytpasov” stadionunda təşkil olunacaq.

İlk oyunun Bakı vaxtı ilə saat 18.00-da, ikinci görüşün isə 13.00-da başlaması planlaşdırılır.

Seçilən
20
3
football-plus.az

5Mənbələr