Ötən həftənin bazar günü keçirilən iki oyunla Misli Premyer Liqasında V tura yekun vurulub. “Liv Bona Dea Arena”da baş tutan qarşılaşmada “Qarabağ” “Araz-Naxçıvan”ın qapısından 5 cavabsız top keçirib. Ağdam klubundan Toral Bayramov het-trikə imza atıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan “Sumqayıt” –“Neftçi” qarşılaşmasında isə sevinən tərəf qonaqlar olub – 0:2. Bununla da paytaxt təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb.
Turun əvvəlki görüşlərində “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Sabah” “Turan Tovuz”u 2:0, “Zirə” isə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.
Turnir cədvəlinə 11 xala “Zirə” başçılıq edir. 10 xala malik “Sumqayıt” və “Araz-Naxçıvan” ikinci, üçüncü yerləri bölüşürlər. Liderlərdən 1 oyun az keçirən “Qarabağ” 7 xalla 5-ci pillədə qərarlaşıb.
Qabil YUSİFOĞLU
XQ