AZ

Əbülfət Mədətoğlu: Məni ovudan İLĞIM

Xəyallandım bir yarpağın səsindən

İçim elə yarpaq kimi titrədi...

Hiss elədim ,Tanrımın nəfəsindən-

Və anladım, bu ömür- gün fitrədi...

 

Oxuduqca kipriklərim su içdi

Sırallandı yaddaşımda hər sətir...

Bir göz əkdi, bir göz isə qəm biçdi -

Səpələndi bu günümə o ətir!

 

Uzaqlığın əl yetməzin o anlar

Körükləyir, yaxınlığın odunu...

Məni ancaq, mənim kimi o, anlar -

Ürəyimdə gizlətsəm də adını!..

 

Bir yarpağın səsi indi ilğımdı

Qulağıma çatan isə xışıltı...

Qəlbim şıltaq uşaqdan da çılğındı -

Ona görə tərpəndikcə yıxıldı...

Seçilən
9
1
adalet.az

2Mənbələr