AZ

Ərdoğandan “çox da yaxşı olmayan xəbər”...

...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə, bu barədə o, Fox News-a müsahibəsində bildirib.

Ərdoğan bu perspektivi “çox da yaxşı olmayan xəbər” adlandırıb.

...Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmıram. Bu, çox da yaxşı xəbər deyil, - o deyib.

Ərdoğan Avropanın Ukraynaya əbədi olaraq iqtisadi yardım göstərə və Ukraynanın özünün Rusiya ilə iqtisadi rəqabət apara bilməyəcəyinə inandığını da ifadə edib.

Buna baxmayaraq, Türkiyə lideri ümid etdiyini bildirib ki, Ukrayna tərəfdaşları onu dəstəkləməkdə davam edəcəklər. Ərdoğan daha əvvəl bildirmişdi ki, o, Çindəki danışıqlardaPutinlə, eləcə də telefon danışıqları zamanı Zelenski ilə müharibəyə son qoymağı müzakirə edib.

Bununla belə, Ərdoğanın sözlərinə görə, tərəflər liderlər arasında görüşə “hələ hazır deyil”.

Əli Babayev

Seçilən
7
1
sia.az

2Mənbələr