AZ

Adnan dövlət içində dövlət qurmaq xülyasında idi



Sosial mediada Adnan Əhmədzadənin həbsi ilə bağlı gedən ictimai müzakirələrdə müxtəlif fikirlər söylənilir. Mənimçün ən çox 2 məqam diqqəti çəkir.

1. Bəzi adamlar Adnanı qəhrəman çıxarmağa çalışırlar. Guya adam heç nədən imperiya qurub və onun haqqında bu məlumatları yayanlar paxıldırlar.

Əvvəla Adnan xalqın sərvəti sayılan neft gəlirləri üzərindən maxinasiyalarla milyonlar qazanıb, özünə dəbdəbəli həyat qurub. Təbii ki, bu prosesdə əsas iki açar ad var: Rövnəq Abdullayev və Anar Əlizadə. Hər iki şəxsin istintaqa cəlb edilməsi və həbsi mütləqdir.

Adnan isə biraz da irəli getmək qərarına gəlir. Müftə gələn milyonlar "şişdikcə" daha çox şeyə sahiblənmək, rıçaqları çoxaltmaq, dövlətdə dayaq nöqtələri yaratmaq və...

Faktiki bilik və bacarığı müftə gələn milyonları idarə etmə gücündə olmadığından ortaya absurd arzular, hisslər, iddialar çıxır. Milyonlar çoxalsın, şöhrət artsın, dövlət içində dövlət qursun və yeni mərhələ formalaşdırsın. Ətrafında yığdığı adamlar da aşağı-yuxarı eyni kafada olanlardı, Adnana tərif deyə-deyə uçuruma apardılar.

Bəli, Adnan dövlət içində dövlət qurmaq xülyasında idi və ö "dövlətini" maddi olaraq saxlamaq üçün neftə qatqılar qatmalı idi. Bu qatqılar təkcə onu daha da varlı etmirdi, həm də Azərbaycanın iqtisadi siyasətini dünya bazarında heçə endirmiş olurdu. Balaca başı ilə düşünürdü ki, ölkələr neftimizdən imtina edəcək və dövlət Adnanndan yardım istəyəcək.

İkinci vacib məsələ... Adnan iddiası, hikkəsi, hətta yerişi, duruşu, ölkənin media, QHT, siyasi və iqtisadi sahələrinə qədər yürüyürdü. Medianın İnkişafı Agentliyindən tutmuş parlamentə qədər yol xəritəsi cızmışdı. Media müstəvisində müəyyən yerə qədər getməyi bacarmışdı...

Media qurumları formalaşdırdı, vəzifəli şəxslər və qurumlararası son 5 ildə ciddi təxribatlar törətdi və effektini aldı. Bir növ bəzi şəxsləri və qurumları iflic edərək özündən asılı vəziyyətə salmağı bacardı. Onun komandasının təxribatları Prezident Administrasiyanına qədər getməyi bacarırdı. Ölkədə olan televiziyaların demək olar ki, tam yarısı Adnanın və komandasının şəxsi maraqlarına xidmət edir, bu məqam da mütləq araşdırılmalıdır.

Nəticədə qurumlar və şəxslər aylıq tasa otuzduruldu və bütün çirkin niyyətlər reallaşdırılırdı. Adnan və onun əlaltıları, ətrafında olan insanların hamısı, istisna olmadan, istintaqa cəlb edilməlidi. Əlləri uzundu, əlaqələri genişdi və hər vəchlə yayınmağa çalışacaqlar. Buna qəti yol vermək olmaz. Beləliklə, Adnan Əhmədzadə başının dəstəsi ilə ölkədə ciddi təşkilatlanma işi aparıb, yaratdığı bütün resurslar dövlətin milli maraqlarını tapdalayaraq şəxsi maraqlara xidmət etmək üçün "proqramlaşdırılıb".

Bu mənada, dövlətin hüquq-mühavizə orqanlarının vaxtında atdığı addımı alqışlamaq və dəstəkləmək lazımdı. Hələlik bu qədər... Növbəti yazımızda konkret adlar və faktlarla qarşınızda olacam. İndiki halda istintaqı gözləməyi vacib bilirəm.

Səbuhi Abbasov
Seçilən
24
2
newscenter.az

3Mənbələr