AZ

Azərbaycanda ödənişli atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda ödənişli atalıq məzuniyyətini əhatə edən qanun layihəsi hazırlanır.Metbuat.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Qadınlara dair Dördüncü Dünya Konfransının 30 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxışı zamanı bildirib. O qeyd edib ki, ölkədə qadın əməyinin qadağan olunduğu sahələr minimuma endirilib, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahları ilə bağlı qanunvericilik təkmilləşdirilib, nikah yaşına dair istisnalar isə aradan qaldırılıb.B.Muradova həmçinin bildirib ki, son 30 ildə Azərbaycanda qadınların təhsil, səhiyyə, məşğulluq və qərarqəbuletmədə iştirakını artırmaq üçün ardıcıl islahatlar həyata keçirilib. Azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur və rəqəmsal xidmətlər isə əhaliyə bərabər imkanlar təmin edir.

İclas “Gender bərabərliyinə, qadınların və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının yenilənməsi” mövzusuna həsr olunub.

Seçilən
5
1
metbuat.az

5Mənbələr