AZ

Dərnəgül tikinti bazarı hara köçürüləcək?

“Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarları qəbul etmək üçün “Abşeron” Ticarət Mərkəzində bütün müvafiq şərait yaradılıb”.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a “Abşeron” Ticarət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ticarət mərkəzində hazırda tam aktiv olan və yüksək alıcı axınına malik taxta-metal bazarının sahəsi genişləndirilərək 200 hektara çatdırılacaq:

“Kompleks ərazisindəki emalatxanalar, taxta və metal materialların satışı üçün ayrılmış yerlər sahibkarlara bizneslərini rahatlıqla “Abşeron” Ticarət Mərkəzinə köçürmək imkanı verəcək.
Regionlara, Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin üstünlüklərindən biridir. Ticarət Mərkəzində həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir”.

Ticarət Mərkəzindən verilən məlumata görə, Dərnəgül ərazisindən köçəcək sahibkarlar təhlükəsiz, sığortalanmış biznes fəaliyyəti ilə təmin ediləcəklər.

Seçilən
25
43
publika.az

10Mənbələr