AZ

Türkiyədə iki metrobus toqquşub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin İstanbul şəhərində qorxunc qəza baş verib - hərəkətdə olan metrobus dayanacaqda gözləyən digər metrobusa çırpılıb.
Oxu.Az-ın DHA-ya istinadla verdiyi məlumata görə, hadisə Kadıköydə qeydə alınıb.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və polis qüvvələri cəlb ediliblər. Xəsarət alanlar barədə məlumat yoxdur.
Hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırmalara başlayıblar.
Seçilən
49
oxu.az

1Mənbələr