AZ

Sosial Tədqiqatlar Mərkəzinin rəhbərliyi Ədliyyə Nazirliyinin Çağrı Mərkəzində olub



Sosial Tədqiqatlar Mərkəzinin (STM) nümayəndə heyəti Ədliyyə Nazirliyinin Çağrı Mərkəzində olub.

Bu barədə Newscenter.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, STM-in İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc və Mərkəzin sektor müdirləri Aygün Yusibova, İlyas Hüseynov və Tural İsmayılov dövlət qurumlarının kommunikasiya xətlərinin fəaliyyəti üzrə aparılan mütəmadi monitorinqlər çərçivəsində Ədliyyə Nazirliyinin yenilənmiş Çağrı Mərkəzi ilə tanış olublar.

Tədbirdə iştirak edən nazir müavini Toğrul Hüseynov bildirib ki, vətəndaş müraciətlərinə operativ baxılması və məlumatların əlçatanlığının artırılması məqsədilə Nazirliyin "881" Çağrı Mərkəzi müasir tələblərə uyğun formatda fəaliyyət göstərir. Yenilənmiş mərkəz ən son texnoloji avadanlıqlarla təchiz olunaraq müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaş məmnuniyyətinin yüksəldilməsini təmin edir. O, qeyd edib ki, avqust ayında "881" Çağrı Mərkəzinə daxil olan 12.599 müraciətdən 12.078-i cavablandırılıb. Zənglərin 87 faizi 30 saniyə ərzində cavablandırılıb, orta cavab müddəti isə 1 dəqiqə 42 saniyə təşkil edib. Mərkəzdə "geriyə zəng" və "zəng sifarişi" xidmətlərinin tətbiqi vətəndaşların müraciət imkanlarını daha da genişləndirib və onların Nazirliyə əlçatanlığını asanlaşdırıb.

Zahid Oruc Çağrı Mərkəzinin fəaliyyətini dövlət idarəçiliyində mühüm addım kimi qiymətləndirərək, görülən işlərin vətəndaş məmnuniyyətinin artırılmasına və dövlət-cəmiyyət münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Görüşün sonunda STM ilə Ədliyyə Nazirliyi arasında əməkdaşlığın davam etdirilməsinin və gələcəkdə daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Süleyman
Seçilən
22
8
newscenter.az

9Mənbələr