AZ

15 ədəd soyuducu, 2 ədəd televizor, 5 ədəd mikrodalğalı soba… AYNA cehiz yığır?

ain.az, Tribuna portalına istinadən məlumat yayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dünən maraqlı və qəribə tender keçirib. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu məişət avadanlıqlarının satın alınması ilə bağlı tenderə yekun vurub və nəticəsini açıqlayıb.

Bildirilir ki, tenderin qalibi “BAKU DİGİTAL” MMC olub. Şirkətlə 25 min 706 manatlıq satınalma müqaviləsi imzalanıb.

Bəs, AYNA bu qədər pulla hansı məişət avadanlıqları almaq istəyir? Rəsmi qaynaqlarda qeyd edilir ki, Agentlik həmin pula 5 ədəd ikikameralı soyuducu, 1 ədəd 75 düyüm, 1 ədəd isə 55 düyüm smart televizor, 5 ədəd mikro dalğalı soba, 5 ədəd elektrikli çaydan, 6 ədəd balaca soyuducu, 8 ədəd istilik radiatoru və 10 ədəd 2-li elektrik çaydan alacaq.

Əcəba, AYNA şəhərin tıxac problemini, ictimai nəqliyyatını tənzimləməklə məşğuldur, yoxsa, qız köçürməklə? Bir quruma 15 ədəd çaydan, 11 ədəd soyuducu niyə lazım olsun ki?

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
tribunainfo.az

2Mənbələr