İran və Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard dollara çata bilər.
APA xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Fərzanə Sadiq Tehranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevlə görüşündə bildirib.
Nazir bildirib ki, İran və Azərbaycan arasında güzəştli ticarət sazişi yekunlaşdırılması iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 650 milyon dollardan 1 milyard dollara çatdıra bilər.