AZ

“Azərbaycan Dəmir Yolları” ixtisarlara başlayıb – 150 nəfər işdən çıxarılıb

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC ixtisarlara başlayıb. AzPost Valyuta.az-a istinadən xəbər verir ki, yenidən qurulan yol infrastrukturu üzrə bir sıra ara stansiyalar ləğv edilir. Bunun nəticəsində həmin stansiyalarda çalışan işçilər ixtisar edilirlər.

Məlumata görə, qərb, cənub və şimal istiqamətləri üzrə ümumilikdə 150 nəfərə yaxın işçi ixtisar edilib. Qeyd edilib ki, bəzi işçilər müəyyən digər işlərə yönəldilsələr də, böyük hissəsinə əməkhaqqının bir neçə misli təklif edilməklə öz ərizəsi ilə işdən çıxmaq təklif edilir. Buna razılaşmayanlar isə üç aylıq əməkhaqqı ödənilməklə müqavilələrinə xitam verilir.

Qeyd edilir ki, yenilənmə prosesi çərçivəsində ADY-də ixtisarlar davam edəcək.

Xatırladaq ki, rəsmi rəqəmlərə görə, ilin əvvəlində ADY-də 4 875 nəfər işçi çalışırdısa, 2025-ci ilin ilk yarısında 4 798 nəfərə enib. Başqa sözlə, ilin ilk yarısı üzrə ixtisar edilən işçi sayı 77 nəfər olub. Bu isə deyilənləri bir daha təsdiq edir.

AzPost.az

Seçilən
15
17
azpost.info

10Mənbələr