AZ

İsraili dəstəklədiyi üçün menecerini işdən qovdu

Dünyaşöhrətli müğənni Dua Lipa İsrailə verdiyi dəstəyə görə meneceri Devid Levi ilə yollarını ayırıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

Buna səbəb Levinin Fələstin tərəfdarı olan irlandiyalı “Kneecap” rep qrupunun Qlastonberi festivalında çıxışının qarşısını almaq üçün təşkilatçılara məktub yazması olub.

Məktubun mətbuata sızmasından sonra Lipa menecerinin Fələstin məsələsindəki mövqeyini bəyənmədiyini bildirib və onu işdən azad edib.

Seçilən
9
publika.az

1Mənbələr