AZ

The Economist: Azərbaycan Mərkəzi Bankının ehtiyatları 15 mlrd. dollar səviyyəsinə çatacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 mlrd. dollar səviyyəsinə çatacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) proqnozunda bildirilib.

Qeyd edilib ki, AMB-nin ehtiyatları 2024-cü ildə 11 mlrd. ABŞ dollarına bərabər olub. Bu göstəricinin 2025-ci ildə 14,3 mlrd. dollara, 2026-cı ildə isə 14,8 mlrd. dollara yüksələcəyi gözlənilir.

EIU illik idxal həcmlərini 2025-ci ildə 11,61 mlrd. dollar, 2026-cı ildə isə 12,07 mlrd. dollar səviyyəsində proqnozlaşdırıb. Başqa sözlə, AMB ehtiyatları ilə 2025-ci ildə idxalı 6,6 ay, 2026-cı ildə isə 6,5 ay qarşılama potensialına malik olacaq.

Seçilən
23
2
apa.az

3Mənbələr