AZ

Çinə zeytun, Avropa İttifaqı ölkələrinə balıq ixrac edəcəyik - Sədr müavini AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, eləcə də digər ərazilərdə, ağız və dırnaq xəstəliyindən azad zonaların (FMB) yaradılması üçün peyvəndləmə prosedurları başlanılıb.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyə Mustafayeva bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.
O qeyd edib ki, bu status tanındıqdan sonra heyvan məhsullarının ixracına və ölkəmizdən tranzitinə olan bir sıra mövcud məhdudiyyətlər aradan qaldırılacaq:
"Son illərdə kənd təsərrüfatı və qida məhsullarının ixracının genişləndirilməsində mühüm irəliləyişlər əldə olunub. Digər əhəmiyyətli nailiyyət isə "yaşıl dəhliz" mexanizminin tətbiqi olub. Bu mexanizm vasitəsilə qoz-fındıq, yun, dərilər, balıq və kaviar kimi məhsulların Avropa İttifaqına ixracına icazə verilib. Bundan əlavə, Azərbaycan məhsulları ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə, fındıq və badam isə Çin Xalq Respublikasına ixrac imkanı qazanıb.
Hazırda balıq və əlaqəli məhsulların Avropa İttifaqı ölkələrinə, zeytun məhsullarının Çin Xalq Respublikasına, həmçinin digər məhsulların Sinqapura ixracı üçün icazələrin alınması üzərində işlər davam edir".
Agentlik rəsmisi qeyd edib ki, qida təhlükəsizliyi sahəsində görülən bütün tədbirlər biznes və investisiya mühitinə bir neçə istiqamətdə töhfə verir: "Şəffaflıq və etibar təmin edir, beynəlxalq bazarlara çıxışı asanlaşdırır, rəqabət qabiliyyətini artırır və xarici investisiyaların cəlb olunmasına töhfə verir. Beynəlxalq standartlara uyğun istehsal xarici investorlar üçün əminlik yaradır.
Nəticədə uzun müddətdə aparılan islahatlar davamlı inkişafı dəstəkləyəcək və Azərbaycanı qida təhlükəsizliyi sahəsində regional mərkəz kimi möhkəmləndirəcək".
Məhərrəm Əliyev
Seçilən
9
1
oxu.az

2Mənbələr