AZ

ABİF sənaye və enerji sahəsində yeni əməkdaşlıq müqavilələri imzaladı

Bakı. Trend:

Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) sənaye və istehsalsahəsində bir sıra yeni əməkdaşlıq razılaşmalarına imza atıb.

Trend xəbər verirki, bu, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiyaForumunun ikinci günü çərçivəsində baş tutub.

Belə ki, ilk olaraq ABİF ilə “Basalt Group” MMC arasında“Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-yə dair Birgə İştirakMüqaviləsi imzalanıb. Müqaviləyə ABUF-in baş direktoru YasinCəlilov və “Basalt Group” MMC tərəfindən imza atılıb. Layihəçərçivəsində ölkədə sənaye və elmi-istehsalat potensialınıninkişafı nəzərdə tutulur.

Bununla yanaşı, ABİF ilə “ARGS Holding” MMC arasında da yeniəməkdaşlıq razılaşması əldə olunub. Tərəflər “AzerFloat” ASC-ninnizamnamə kapitalına investisiya qoyuluşu ilə bağlı Birgə İştirakMüqaviləsi imzalayıblar. Sənədə Azərbaycan Biznesin İnkişafı Fonduvə “ARGS Holding” MMC-nin icraçı direktoru imza atıb. Bu razılaşmayerli sənaye istehsalının genişləndirilməsinə, xüsusilə də şüşəməhsulları bazarının inkişafına yönəlib.

Bundan başqa, enerji infrastrukturunun inkişafı məqsədilə“EelElectric” MMC ilə "ABB Group" (Türkiyə) arasında modul panelsistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Müqaviləyə“EelElectric” MMC-nin direktoru Vüsal Mirzəyev və "ABB Group"un(Türkiyə) ölkə meneceri Mahmud Rzayev imza atıblar. Əməkdaşlıqçərçivəsində müasir texnologiyaların tətbiqi ilə enerjiinfrastrukturunun inkişaf etdirilməsi planlaşdırılır.

Bu razılaşmalar ölkədə sənaye, elmi-istehsalat və enerjisahəsində yeni imkanlar yaradaraq, iqtisadi inkişafındəstəklənməsinə xidmət edəcək.

Seçilən
34
1
az.trend.az

1Mənbələr