AZ

ARDNF indiyə qədər büdcəyə transfertinin məbləğini açıqlayıb

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyə qədər dövlət büdcəsinə 140 milyard ABŞ dollardan çox vəsait transfer edərək infrastruktur, sosial və digər dövlət layihələrinin maliyyələşdirilməsinə töhfə verib.

"Report" xəbər verir ki, bunu Fondun icraçı direktorunun müavini Rövşən Cavadov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-ci günündə bildirib.

"Biz strateji layihələri də birbaşa maliyyələşdiririk. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri, iri suvarma layihələri, məcburi köçkünlər üçün mənzil tikintisi və təhsil proqramları bu siyahıya daxildir. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin dəstəklənməsi də Fondun prioritetlərindəndir", - deyə o qeyd edib.

R. Cavadov əlavə edib ki, ARDNF dünyanın ən şəffaf qurumlarından biridir və hazırda 60 milyard ABŞ dollarından çox aktiv idarə edir: "BlackRock", "Blackstone" kimi aparıcı beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq edirik. Bu əməkdaşlıq vasitəsilə bilik və texnologiyanın, həmçinin birgə investisiyaların ölkə iqtisadiyyatına gətirilməsinə şərait yaradırıq".

O, həmçinin "bumeranq modeli" adlandırdığı yanaşmanı vurğulayıb: "Əgər hər hansı beynəlxalq şirkət Azərbaycanda layihə həyata keçirmək istəyirsə, kommersiya baxımından məqsədəuyğun olduğu halda biz həmin şirkətin xaricdəki layihələrinə də sərmayə qoya bilərik. Bu, həm qlobal portfelimizi genişləndirir, həm də xarici investorların Azərbaycana uzunmüddətli marağını artırır".

R. Cavadov qeyd edib ki, Fond birbaşa dövlət-özəl tərəfdaşlıqlarının (PPP) tərəfi olmasa da, özəl sektorun inkişafı və investisiya mühitinin güclənməsi üçün mərkəzi rol oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
azpolitika.info

1Mənbələr