AZ

Moldova Avropa İttifaqına üzvlük yolunda skrininq mərhələsini başa çatdırıb – ÖZƏL

Moldova Avropa İttifaqına üzvlük istiqamətində mühüm mərhələni geridə qoyub. 

Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos sosial şəbəkə X-də bildirib ki, ölkə qanunvericiliyin skrininq prosesini tamamlamaqla növbəti mərhələyə hazır olduğunu göstərib.

"Bugün Moldova Avropa İttifaqına gedən yolda daha bir vacib mərhələyə çatdı. Bir ildən bir qədər artıq müddətdə ölkə qanunvericiliyin skrininqini başa vurdu. Moldova bir daha sübut etdi ki, Aİ-yə üzvlük yolunda növbəti addıma hazırdır", - deyə Kos qeyd edib.

Moldovanın Avropa inteqrasiyası üzrə baş nazirin müavini Kristina Gerasimova da açıqlama verərək bildirib ki, proses 15 ay davam edib və bu müddətdə "100 mindən çox qanunvericilik sənədi" nəzərdən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr