AZ

Gəncə şəhərinin daxili yollarının əsaslı təmiri işləri yekunlaşmaq üzrədir (FOTO/VİDEO)

Bakı. Trend:

Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlıAzərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindəngenişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.

Trendxəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, təmir olunan küçə və prospektlərin ümumi sahəsi 1milyon kvadratmetrdən çoxdur. Ümumilikdə dövlət başçısınınsərəncamları əsasında 76 küçə və prospektdə təmir işləriaparılır.

Layihə çərçivəsində köhnə asfalt-beton örtüyü sökülüb, zərurisahələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əksdolğu işləri aparılıb və optimal qırmadaş, qum-çınqıl qarışığındanibarət yeni yol əsası inşa edilib. Bu mərhələlərin tamamlandığıküçələrdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur və buişlər artıq yekunlaşmaq üzrədir.

Eyni zamanda, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsizhərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpaolunub, yeni səkilər inşa edilib və kənarlarına səki daşlarıdüzülüb.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq, təmir olunanərazilər boyunca yeraltı kommunikasiya xətlərinə aid baxışqapaqları layihə hündürlüyünə qaldırılıb və yenilənib. Bununla damüasir yol infrastrukturu formalaşdırılır.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininrəhbərliyinin nəzarəti altında, əvvəlcədən tərtib olunmuş işqrafikinə uyğun şəkildə həyata keçirilir. Layihənin vaxtında vəkeyfiyyətlə tamamlanması üçün ərazilərə zəruri sayda texnika vəcanlı qüvvə cəlb olunub.

Ümumilikdə, Gəncə şəhərində yol infrastrukturunun yenidənqurulması və müasirləşdirilməsi istiqamətində həyata keçiriləntəmir-tikinti işləri, vətəndaşların təhlükəsiz və komfortluhərəkətini təmin edəcək.

Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Məqalədə:
Seçilən
19
8
az.trend.az

9Mənbələr