Belarusda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı, mayor Davidoviç Anatoliy Nikolayeviçin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, sonra general-polkovnik K.Vəliyev Milli Qəhrəmanın anası Kima Davidoviçin evində olub, onun qayğıları ilə yaxından maraqlanıb.
Mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu qeyd edilib.
Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */