AZ

Avroviziyada ikinci mərhələnin münsifləri bəlli oldu

Azərbaycan bu il Uşaq Avroviziyasına hazırlığa erkən başlayıb.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın Uşaq Avroviziya müsabiqəsində təmsilçisinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında Avroviziyada Azərbaycan nümayəndə heyətinin media rəhbəri Turab Teymurov deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə 60-a yaxın iştirakçı arasından ən yüksək göstəricilərə malik namizədlər seçilib və nəticədə 15 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb.

“Seçmə mərhələsinin ikinci mərhələsi peşəkar münsiflər heyətinin iştirakı ilə keçiriləcək. Münsiflər heyətinə bəstəkar və musiqişünas Siyavuş Kərimli, aranjimançı Yaşar Bağır və müğənni Samirə Əfəndiyeva daxil edilib”, – deyə Turab Teymurov bildirib.

Xeyrənsə Piriyeva


Seçilən
108
1
news24.az

2Mənbələr