AZ

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ

Azərbaycanda mobil rabitə sahəsində innovativ həllər təqdim edən Azercell, mikromobillik üzrə ixtisaslaşmış “Wingz” MMC ilə əməkdaşlıqda şəhərdaxili hərəkətliliyə müasir və ekoloji yanaşma gətirir.

Marja.az Azercell Telekom şirkətinə istinadən xəbər verir ki, bu tərəfdaşlıq nəticəsində abunəçilər skuter istifadəsinə görə ödənişi əlavə vasitələrə ehtiyac olmadan birbaşa mobil balansları ilə həyata keçirə biləcəklər.

Xidmətin istifadəsi olduqca rahatdır: abunəçi skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “START ID” (START XXXXXXX) formatında 4545 qısa nömrəsinə SMS vasitəsilə göndərərək cihazı aktivləşdirir və müvafiq ödəniş balansdan çıxılır. Gediş vaxtından əvvəl dayandırıldıqda istifadə olunmamış dəqiqələr üçün vəsait balansa geri qaytarılır. İstifadəni sonlandırmaq üçün isə skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “STOP ID” (STOP XXXXXXX)  formatında 4545-ə göndərmək kifayətdir. Əgər gediş vaxtında dayandırılmasa, hər növbəti 15 dəqiqə üçün ödəniş avtomatik hesablanır.

Xidmət istifadəyə verildiyi tarixdən etibarən iki həftə ərzində həyata keçirilən ilk aktivasiyada gedişin ilk 15 dəqiqəsi Azercell tərəfindən abunəçilərə hədiyyə olunacaq.

Bu əməkdaşlıq şəhərdaxili hərəkəti asanlaşdırmaqla yanaşı, həm də “ağıllı şəhər” konsepsiyasının inkişafına və dayanıqlı həyat tərzinin təşviqinə töhfə verir.

Azercell müasir texnologiyaları gündəlik həyata gətirərək abunəçilərinə rahat, çevik və innovativ həllər təqdim etməyə davam edir.

Azercell Wingz mikromobillik şəhərdaxilihərəkətlilik ekoloji nəqliyyat skuterxidməti mobilbalansiləödəniş SMSaktivasiya STARTID STOPID 4545 qısanömrə mobiltexnologiya innovativ həllər ağıllışəhər dayanıqlı həyat ekoloji təşəbbüs şəhərnəqliyyatı abunəçixidməti ilk15dəqiqəhədiyyə balansagəriqaytarılma rəqəmsalyanaşma.
Seçilən
19
17
marja.az

10Mənbələr