AZ

Çin iş adamları Azərbaycana investisiya yatırmaq imkanlarını araşdırırlar

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakıda Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi olduqca əhəmiyyətlidir. Bu tədbirdə Azərbaycanın potensialı və investisiya mühiti təqdim olunur ki, bundan da xarici investorlar faydalana bilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin Xarici İnvestisiya Assosiasiyasının rəhbəri Hi Çenvey 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Strateji investisiyalar və maliyyə” mövzusunda panel iclasında çıxışı zamanı deyib.

“Mən bu tədbirə tək gəlməmişəm. Mənimlə bərabər Çinin 12 əyalətindən 20 iş adamı gəlib və onlar Azərbaycana investisiya yatırmaq imkanlarını araşdırırlar. Ümid edirəm ki, axtarışlar nəticə verəcək və Azərbaycana yeni investisiyalar cəlb olunacaq. Çin iqtisadiyyatında xarici investisiyanın payı 19,5 faiz təşkil edir. Azərbaycan da Çinə investisiya qoyub və qarşılıqlı yatırımlar davam edir. 47 il ərzində həyata keçirilən iqtisadi islahatlar Çinin iqtisadi tərəqqisinə səbəb olub. Çində neft-qaz sahəsindən başqa digər sahələrdə də istehsal prosesini artırmağa çalışır. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir ki, bu da xarici investorlar üçün əhəmiyyətlidir. Azərbaycan nəqliyyat, tranzit və logistikanın inkişafında əməli nailiyyət əldə edib. Çin ilə Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində yaxın əlaqələrə malikdir. Bu marşrutla Çin Avropa bazarlarına çıxış əldə edib ki, bu da investorlara əlavə imkanlar yaradır”, - deyə Hi Çenvey vurğulayıb.

Çin Azərbaycanda yaşıl eneji istehsalına investisiya yatırmaqda maraqlı olduğunu deyən assosiasiya rəhbəri bunun üçün ölkədə əlverişli iqlim şəraitinin olduğunu vurğulayıb: “İş adamları Azərbaycanda “ağıllı evlər”in tikilməsinə, “ağıllı avtomobil”lərin istehsalı sahələrinə investisiya yatıra bilərlər”.

Seçilən
14
8
azertag.az

9Mənbələr