AZ

Azərbaycan Basketbol Federasiyasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Basketbol Federasiyasının (ABF) nümayəndələri ilə keçirilən görüşdə AHİK sədrinin müşaviri Nigar Vahabzadə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, ABF-nin icraçı vitse-prezidenti Fərrux Mahmudov və digər şəxslər iştirak ediblər.

XQ -yə AHİK-dən verilən məlumata görə, görüşdə “Gəncə” basketbol klubunun fəaliyyəti və inkişaf istiqamətləri müzakirə olunub. Yekun qərara əsasən, klubun idarəçiliyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə həvalə edilib. Bununla yanaşı, “Gəncə” basketbol klubu Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına üzv olması nəzərdə tutulur.

Qeyd edək ki, son üç mövsümdə klub uğurlu nəticələr göstərir. Belə ki, komanda 2022/23 mövsümündə Azərbaycan Basketbol Liqasında finala yüksəlib və həmin mövsümdə Azərbaycan Kubokunu qazanıb. Son mövsümdə isə uğurlu çıxışını davam etdirərək B qrupundan A qrupuna yüksəlib.

Klubun inkişafında önəmli amillərdən biri də Gəncə şəhərinin ölkənin ikinci böyük şəhəri, mühüm sənaye, ticarət və mədəniyyət mərkəzi olmasıdır. Bu il MDB Oyunlarının məhz burada keçirilməsi və şəhər əhalisinin idmana göstərdiyi yüksək maraq klubun gələcək uğurlarına əlavə stimul verir.

Müşfiq Mirzə

XQ

Seçilən
7
2
xalqqazeti.az

3Mənbələr