AZ

Bu oyun karyeram üçün çox uğurlu oldu – Qurbanov

Bəlkə də həmin il mənim məşqçilik karyeramda həm uğurlu oyunum, həm də ən yadda qalan ilim olmuşdu. Baxmayaraq ki, daha böyük qələbələr də olub, amma onu daha uğurlu sayıram.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) deyib.

53 yaşlı mütəxəssis karyerası boyunca unuda bilməyəcəyi oyun barədə sualı belə cavablandırıb:

“2009-cu ilin 23 iyulunda ilk avrokubok oyunumuz deyərdim. UEFA Avropa Liqasının II təsnifat mərhələsində Norveçin “Rusenborq” klubuna qarşı matçımız unudulmaz idi. Bu, Ağdamın işğalı gününə təsadüf etmişdi. Marağın həddindən artıq çox olduğu bir görüş idi. “Qarabağ”da ilk həyəcanlı oyunum idi. Stadionda 30-31 min azarkeş var idi. Hər kəs bizim qələbəmizi istəyirdi, bəlkə də onların duası bizə kömək oldu. Komandamız 1:0 hesabı ilə qələbə qazandı. Görüşdə komandanın kapitanı Rəşad Sadıqov cərimə zərbəsindən möhtəşəm qol vurdu. Bu oyun mənim gələcək karyeram üçün çox uğurlu oldu. Nəinki bir neçə gün öncə Çempionlar Liqasının I turunda “Benfika”ya 3:2 hesabı ilə qalib gəldiyimiz oyun, həmin o qələbə mənə daha çox təsir edib”.

Seçilən
8
2
axar.az

3Mənbələr