AZ

Əsnəmək iflicə səbəb ola bilər

Reyting.az saytına istinadən ain.az xəbər verir.

İngiltərədə yaşayan qadın səhər oyandıqdan sonra əsnəyərək həyatının şokunu yaşayıb. O, yüksək səslə əsnəyib uzananda bütün bədənində sanki “elektrik cərəyanı” hiss edib, qolunun fəaliyyəti dayanıb və iflic olub.Reyting.az xəbər verir ki, xəstəxanaya aparılan qadının analizləri onun boyun fəqərələrinin onurğa beynini sıxdığını, onurğasının əzildiyini üzə çıxarıb. Sağ tərəfi tamamilə iflic olan xəstə təcili əməliyyat olunub. Həkimlər onun sağ qalma və yenidən yerimə şansının cəmi 50 faiz olduğunu bildiriblər.Əməliyyatdan sonra qadın bədən funksiyalarını bərpa edib, aylarla davam edən müalicə və reabilitasiyadan sonra yenidən yeriməyə başlayıb. Lakin onurğa sütununun qalıcı zədələnməsi səbəbindən dərmanlara ömürlük ehtiyac duyacaq.Hadisədən sonra fibromiyalji inkişaf edən xəstənin xroniki ağrı və yorğunluqdan əziyyət çəkdiyi bildirilir. Xüsusilə qollarından boynuna və başına yayılan şiddətli ağrı gündəlik həyatı çətinləşdirir.Sadə bir əsnəməyin həyatını alt-üst etdiyini deyən qadın hələ də əsnəməkdən qorxduğunu bildirib. “Yaşadıqlarımın təsiri hələ də davam edir”,- deyən qadın əsnəmək istəyini boğmağa çalışır.V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
reyting.az

2Mənbələr