AZ

Budapeşt Trampın tələbini qəbul etmir

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto BMT Baş Assambleyası çərçivəsində “Guardian” nəşrinə müsahibəsində belə deyib. “Rusiyanın neft və ya qaz mənbələri olmadan ölkəmiz üçün təhlükəsiz tədarükü təmin edə bilmərik”, - Macarıstan XİN-in rəhbəri vurğulayıb.

Ukraynalı komandirin Macarıstana girişi qadağan olunub

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərindən Rusiya neftinin idxalını tamamilə dayandırmağı tələb edib. Macarıstanın MOL neft-qaz şirkəti “Dostluq” boru kəməri ilə hər il təxminən 5 milyon ton neft idxal edir. Rusiya neftinin əsas alıcıları kimi qalan Macarıstan və Slovakiya Rusiyanın enerji təchizatından imtina etmək istəmirlər. Xatırladaq ki, ötən ay Ukrayna bir neçə dəfə “Dostluq” neft kəmərinə zərbələr endirib. Budapeşt, öz növbəsində, son hücumu həyata keçirən Ukrayna hərbi birləşməsinin komandirinin Macarıstana girişinə qadağa qoyub. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azvision.az

1Mənbələr