AZ

Daşdan süzülən su...

Heç  kimə sirr deyil ki, Bakıda əhaliyə verilən Kürün suyu bir qədər də təmiz deyil. Düzdür, o suya müxtəlif texnologiya ilə dəfələrlə təmizləyirlər, amma yenə onun tərkibindəki ağır metallar və digər birləşmələr qalır.

Ona görə də, bu suyu mütəxəssislər qaynatmadan  içməyi məsləhət görmürlər.Bir çox insanlarsa , daşdan hazırlanmış xüsusi avadanlıqdan istifadə edirlər. Məsələn, mənim yaxın dostum, tanınmış jurnalist , Lətif Süleymanlı daşdan bir avadanlıq düzətdirmişdi. Hər gün icdikləri suyu bu avadanlıqdan süzürdü. Süzülmüş suya baxırdın bulaq suyu kimi təmiz və sərin idi.Hətta o, suyu çiy halda içirdi.

Deyirdi ki, bu avadanlıqdan süzülən suyu içəndən sonra nə böyrəyimizdə kirsatal oldu, nə də daş.Bu sudan dəmlənən çayın da dad ləzzətli idi. İndi çox adam bu daş avadanlıqdan istifadə edir.İmkanı olanla isə mənzillərində şirkətlərə daha müasir avadanlıqlar quraşdırır. Düzdür, o avadanlıqlar bahadır, amma onu evlərində quraşdıranlar razılıq edirlər.

Ancaq gəlin, onunla razılaşaq ki, əhalinin əksər hissəsi Bakıda Kürün suyunu süzülmədən içir.Elələri də var ki, krantın ağzına pambıq qoyur və suyu ondan süzüb içir. Hər halda, Bakıya gələn su təmiz olsa, əhali bu qədər narahatlıq keçirməz və əlavə xərcə düşməz!

 Emil Faiqoğlu

Seçilən
1
1
adalet.az

2Mənbələr