AZ

Estoniya Britaniyanın F-35A qırıcılarını qəbul etməyə hazırdır – “The Telegraph”

Estoniya Britaniyanın nüvə gücünə malik F-35A qırıcılarını qəbul etməyə hazır olduğunu bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bununla bağlı sualı cavablandıran Estoniyanın müdafiə naziri Hanno Pevkur “qapı müttəfiqlər üçün həmişə açıqdır” deyib.

Eyni zamanda, britaniyalı ekspertlər hesab edirlər ki, F-35A-ların Estoniyada yerləşdirilməsi çəkindirməkdən daha çox təxribata bənzəyəcək.

Çünki belə təyyarələr Rusiyanın gözlənilməz zərbəsi zamanı “xüsusi risk altında” olacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr