ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin Qida və Dərman Administrasiyası hamiləlik zamanı asetaminofen (parasetamol və ya Tylenol kimi də tanınır) istifadəsinin uşaqlarda autizm riskini artırdığını tövsiyə edəcək.
E-saglam.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, təxminən 20 il əvvəl ABŞ-da autizm hər 10 000 uşaqdan yalnız 1-də olub: Lakin son illərdə bu rəqəm xeyli artıb. İndi isə hər 31 uşaqdan birinə diaqnoz qoyulur".
O əlavə edib ki, bəzi ştatlarda, o cümlədən Kaliforniyada autizm hər 12 oğlandan birində müşahidə olunur.
© Report
E-saglam.az