Fransa Prezidenti Emmanuel Makronun korteji Nyu-York polisi tərəfindən müvəqqəti olaraq saxlanılıb. Hadisə Makronun BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İnternetdə yayılan videoda Makronun avtomobildən düşərək Nyu-York polisi ilə danışdığı görünür. Məlum olub ki, yol ABŞ-ın keçmiş prezidenti Donald Trampın kortejinin keçidi üçün bağlanıb.
Makron vəziyyəti həll etmək üçün Trampa zəng edərək yolun açılmasını xahiş edib.
“Mən bayırda gözləyirəm, çünki hər şey sizin üçün bağlıdır,” – deyə Makron Trampa bildirib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.