AZ

Əminə Şirin: “Bu da onların üzlərinin qaralığı olsun”

Adelet.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müğənni Əminə Şirin ARB kanalında “qara siyahı” da olmasından danışıb.

Adalet.az bildirir ki, müğənni Zaur Kamalın proqramına gecikdiyi üçün anlaşılmazlıq yaranıb:

“Zaur Kamal öz övladına deməliydi ki, hər nə olursa olsun, təcrübəyə söykənərək, mənim Əminəyə söz deməyə ixtiyarım çatır. Yəni, mən övladıma elə deyərdim. Amma bu da bir anlaşılmazlıq idi, oldu bitdi. Çalışıram ki, heç bir efir məkanında bu haqda heç nə danışmayım. Sadəcə mənə təsir edən odur ki, mən efirə gecikmişəmsə hörmət xatirinə bunu ört-basdır edə bilərdin. Axı mən də uşaq deyiləm, mənim də bu sənət üçün arxada qoyduğum zəhmət dolu illərim var. 

Gecikməyimin səbəbin soruşmaq əvəzinə, yüksək tonal “bu nə vaxtın gecikməyidir” deyə üstümə gəldi. Bu hərəkəti ona heç yaraşdırmadım. Ola bilər ki, mən Röya Ayxanla 2019-cu ildə ifa etdiyimiz  duetimizdən sonra məşhurlaşa bilərəm. Ancaq bu sənətdə zəhmətim çoxdur, adamı belə asanlıqla əzmək olmaz. Çünki mənim ali musiqi təhsilim var. Bu kimin üçünsə adi göstərici ola bilər, ancaq bir müğənni kimi mənim üçün ali təhsil böyük göstəricidir. 

Deyirlər ki, mən həmin kanalda “qara siyahı”dayam . İnanın  ki, bilmirəm “qara siyahı”dayam, yoxsa “qırmız siyahı”da yam.(gülür)  Orda hansı siyahıdayam bilmirəm. Əgər haqq danışan tərəfi “qara sıyahı”ya salıblarsa, bu da onların üzlərinin qaralığı olsun”.

Əntiqə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
adalet.az

2Mənbələr