AZ

Azərbaycan və Tanzaniyə Baş prokurorluqları memorandum imzalayıblar

Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir:

"Bu çərçivədə, Tanzaniya Birləşmiş Respublikasının Dövlət prokurorluğunun direktoru Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib".

Seçilən
29
2
ikisahil.az

3Mənbələr