AZ

Ordubad Peşə Liseyinin 78 yaşlı tələbəsi: Oxumağın, öyrənməyin yaşı yoxdur

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Oxumaq hər zaman lazımdır, oxumağın, öyrənməyin yaşı yoxdur".

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Ordubad Peşə Liseyinin "Xalçaçılıq" ixtisasına qəbul olunan 78 yaşlı tələbə Hicrət Yusifova deyib.

O, xalça toxumağa uşaqlıqdan marağının olduğunu bildirib: "Gördüm ki, qəbul barədə elan qoyulub, dedim gedib şansımı yoxlayım, sənətimi təkmilləşdirim. Sənədlərimi verdim və qəbul olundum. Qəbul olduğumu eşidəndə çox sevindim. Xalçaçılıq ixtisasını özüm seçmişəm, yəni bu barədə heç kim heç nə deməyib. Uşaqlıqdan xalça toxumağa marağım vardı. Atamın, anamın və nənəmin evində gözəl xalçalar vardı, onlara heyranlıqla baxardım. Düşünürdüm ki, yaşımın çoxluğuna görə məni peşə məktəbinə qəbul etməzlər, amma elə olmadı. İlk dəfə sinfə daxil olanda bir az həyəcanlandım, çünki qrup yoldaşlarım məndən xeyli gəncdir. Bu, mənim üçün maraqlı bir təcrübə oldu”.

Hicrət Yusifova qeyd edib ki, 25 il Ordubad ipək kombinatında çalışıb: "5 övladım, 12 nəvəm və 13 nəticəm var. Nəticəmin biri yeni olub. Onların hər birinin ayrı sənəti var, heç biri xalçaçılıqla məşğul olmur".

Liseyin direktoru Nicat Rzayev isə bildirib ki, Hicrət Yusifovanı tədris ilinin ilk günü görüb: "Hicrət nənəni ilk dərs günü gördüm, çox sevindim. O, bizim gənclərimiz üçün nümunədir. Hicrət xanım göstərdi ki, oxumağın yaşı yoxdur".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
4
apa.az

5Mənbələr