AZ

Baş nazirdən tapşırıq: MƏLUMAT VERİLSİN

Nazirlər Kabinetinin “Bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında” qərarında dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarətinin gücləndirilməsini təmin etmək, daxili bazara keyfiyyətsiz alkoqollu içkilərin və nəzarətsiz olaraq spirtin gətirilməsinin, habelə alkoqollu içkilərin qeyri-qanuni istehsalının qarşısını almaq məqsədilə bu məsələyə dair qəbul edilmiş normativ-hüquqi aktların icrası üçün təsirli tədbirlər həyata keçirmək həvalə edilib.

Eyni zamanda görülmüş işlər barədə hər rüb Nazirlər Kabinetinə məlumat verməsi tapşırılıb.

Seçilən
13
23
konkret.az

10Mənbələr