AZ

Bu il ölkədə istehsal olunan avtomobillərin sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 309 ədəd minik avtomobili, 220 ədəd yük avtomobili istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 12.1% (318 ədəd), yük avtomobili istehsalı isə 43.6% azalıb.

    Cari ilin sentyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 16 ədəd minik, 61 ədəd isə yük avtomobili təşkil edib.

    Qeyd edək ki, yanvar-avqust aylarında idxal edilən avtomobillərin sayı 68 295 ədəd, dəyəri isə 1 milyard 242 milyon 958 min dollar olub. 

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Seçilən
    8
    1
    banco.az

    2Mənbələr