13 dekabr tarixində Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq "Uşaq Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin kimliyi ictimaiyyətə təqdim olunub.
BiG.AZ xəbər verir ki, 12 yaşlı Yağmur Azərbaycanı sözügedən müsabiqədə təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan 4 dəfə bu layihənin iştirakçısı olub.
Sonuncu dəfə ölkəni 2021-ci ildə Sona Əzizova təmsil edib.