AZ

Tramp: Bu, terrorçuluğa mükafatdır

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Ağ Evin mətbuat katibi Kerolayn Levit jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, Prezidenti Donald Tramp məhz belə qənaətdədir. O bu açıqlamanı Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında bir sıra dövlətin (Britaniya, Fransa, Kanada, Avstraliya, Portuqaliya, Monako, Belçika, Andorra, Malta, Lüksemburq) Fələstini tanıması fonunda verib. "Donald Tramp belə düşünür ki, bu tendensiya hazırda əsas məqsədə, yəni Qəzza zolağında saxlanılan əsirlərin azadlığa çıxmalarına, eyni zamanda, münaqişənin və müharibənin başa çatmasına hər hansı töhfə vermir. Onun zənnincə, bəzi dost və mütəffiqlərimiz tərəfindən atılan bu addım əməli müstəvidə faydasızdır", - xanım sözçü bildirib.

Abbas: "HƏMAS-a rol verilməyəcək"

Digər tərəfdən, ABŞ Dövlət katibi Marko Rubio da mətbuata müsahibəsində "Fələstin Muxtariyyətinin rəsmi dövlət səviyyəsində tanınmasının HƏMAS terror təşkilatına cəsarət verəcəyini" vurğulayıb. Baş diplomatın sözlərinə görə, yaranan şərait İordan çayının qərb sahilinin İsrail tərəfindən birbaşa ilhaqına gətirib çıxara bilər. Xatırladaq ki, bazar günündən etibarən BMT-nin Baş Assambleyasında yuxarıda adları çəkilən dövlətlər ötənaykı vədlərinə əsasən Fələstini tanıdıqları ilə əlaqədar bəyanat yayıblar. Maraqlıdır ki, Almaniya bu tendensiyadan uzaqdır. Öz növbəsində, İsrail də Fələstinin dövlət səviyyəsində tanınmasını "terrorçuluğa mükafat" adlandırır. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
azvision.az

2Mənbələr