AZ

Rayon icra başçılarının həftəsonu Bakıya səfərlərinin səbəbi NƏDİR?

Son illər aparılan islahatların nəticəsində idarəetmədə gənclərin sayı artıb. Bu gün bir sıra rayonların icra başçıları məhz gənclərdir. İddialara görə, bəzi icra başçıları şənbə-bazar günləri ayonu tərk edib Bakıya gəlirlər. Maraqlıdır, icra başçıları hansı hallarda rəhbərlik etdikləri rayonun ərazisini tərk edə bilərlər?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, dövlət gənc icra başçılarının səmərəli işləməsinə və istirahətinə qayğı ilə yanaşır:

“Rayonların icra başçıları ölkə Prezidenti tərəfindən təyin olunurlar. Gənclərin rəhbər vəzifələrə gətirilməsi yüksək qiymətləndirilməlidir. Bu bir etimaddır. Müsbət haldır ki, gənc icra başçılarının əksəriyyəti öz vəzifələrinin öhdəsindən gəlirlər. Dövlət onların səmərəli işləməsinə və istirahət etməsinə də qayğıyla yanaşır".

Komitə sədri vurğulayıb ki, ailəsi şəhərdə yaşayan rayon icra başçılarının öz ailə üzvləri ilə görüşməsində heç bir problem yoxdur:

"Onlar icazə almaqla istənilən vaxt şəhərə gələ bilərlər. Çünki gənc icra başçılarının ailə üzvləri şəhərdə işləyir, övladları burada təhsil alırlar. Belə olan halda onların rayona köçməsi, əlbəttə, çətindir. Gənc icra başçılarının paytaxta gəlməsi rayonda işlərin gedişinə heç bir çətinlik yaratmır. Çünki işləri onların müavinləri, aparat idarə edir. Rayonun hüquq-mühafizə orqanları da yerində olur. Hər hansı problem olduqda icra başçıları rayon ərazisini tərk etmirlər və məsələ həll edilməyənə qədər öz vəzifələrinin başında dayanırlar. Gənc icra başçılarının istirahət vaxtlarında Bakıya gəlməsində elə bir qəbahət görmürəm".

Seçilən
7
4
news365.az

5Mənbələr