AZ

Ermənistan üçün sülh formulu: Aldandıqlarını başa düşməlidirlər - MÜSAHİBƏ

BAKI, 23 sentyabr. TELEQRAF

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində əldə edilən razılaşmlar fonunda tərəflər arasında etimad mühitinin yaradılması istiqamətində hansı addımlar atıla bilər?

- Artıq hadisələrin gedişi göstərir ki, Ermənistan tərəfi də bunu dərk edir. Bu Azərbaycanla sülh prosesi ilə yanaşı etimad mühitinin yaradılmasından ibarətdir. Çünki Ermənistan öz qonşuları, xüsusilə Azərbaycanla normal münasibətlər yaratmasa, onun heç bir perspektivi yoxdur. Regional kommunikasiya xəttləri açılmasa, Ermənistanın hansı situasiya ilə üzləşəcəyi hər kəsə bəllidir. Amma hələ də bu ölkənin daxilində olan revanşist qüvvələr öz mənafelərinə uyğun olaraq sülh prosesinə qarşı çıxırlar. Əslində onlar da başa düşür ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün faydalıdır. Sadəcə olaraq müxalifətçilik, Nikol Paşinyana olan nifrət və Azərbaycandan qisas almaq naminə bu iddia ilə çıxış edirlər. Sözsüz ki, bu kimi yanaşmalar Ermənistanı dalan vəziyyətinə sürükləməklə yanaşı, onun beynəlxalq müstəvidə təcrid olunmasına səbəbolur.

- Rəsmi İrəvan üçün çıxış yolu nədən ibarətdir?

- Əslində erməni cəmiyyəti qaranlıq xəttlə hara qədər gedə biləcəklərini nəhayət anlamalıdır. Əgər bu gün erməni cəmiyyəti Baş nazir Nikol Paşinyanın dediklərini etməsə, Ermənistanın ölkə kimi heç bir perspektivi qalmır. Sosial-iqtisadi, beynəlxalq nüfuz baxımından Ermənistan çətin durumdadır. ATƏT-in Minsk Qrupununmövcudluğu dövründə rəsmi İrəvan onun imkanlarından fərqli məqsədlər üçün istifadə edirdi.Amma indi bu imkanlar əllərindən çıxıb. Çünki o vaxt kənar güclər öz maraqları naminə Ermənistana dəstək verirdi. Dəfələrlə biz demişdik ki, Ermənistanı onun özündən başqa hamı idarə edir.

- Ermənistanda cəmiyyətin yeni reallığa münasibəti necədir? Bunun üçün əsas meyarlar nədir? Uzun on illiklər düşmənçilik ab-havasında yaşamış toplumun barışıq formuluna inamı necə formalaşmalıdır?

- Azərbaycanla ancaq normal münasibətlər prizmasında əlaqələr qurula bilər. Zəngəzur dəhlizinin (Tramp marşurutu) açılması bu mənada Ermənistan üçün də faydalı olacaq. Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilən razılaşma bölgədə sülhə və təhlükəsizliyə doğru atılan mühüm addım idi. Bununla Ermənistan özünün yeni dövlətçilik ənənəsini formalaşdıra bilər. çünki Vaxtilə bu dövlətdən ancaq for-post kimi istifadə edilib. “Böyük Ermənistan”, “dənizdən-dənizə Ermənistan” kimi xülyalarla onları aldadıblar. Uzun on illiklər də erməni cəmiyyətini buna inandırmağa çalışblar. Ancaq indi Ermənistan rəhbərliyi anlamağa çalışır ki, bütün bunlar böyük dövlətlərin oyunu olub. Azərbaycanla yanaşı Gürcüstana, İrana qarşı irəli sürülən ərazi iddiaları də həmin planların tərkib hissəsi idi. Ermənilərin beyinlərinə həkk ediblər ki, az qala bütün dünya bunlara borcludur. Əsl reallıq və tarix isə fərqlidir. Vaxtilə erməniləri gətirib bölgəyə yerləşdirənlər onlara çoxlu vədlər vermişdilər. Onlar da ərazisində yaşadığı xalqa deyirdi ki, “bura bizimdir” və s. Sözsüz ki, onun axırı da belə olur. Ona görə də erməni cəmiyyətinin gec də olsa reallığı anlaması çox vacibdir.

Seçilən
4
1
teleqraf.com

2Mənbələr