AZ

Cənubi Qafqazın ən çirkli şəhəri AÇIQLANDI

İrəvan Cənubi Qafqazda ən pis hava keyfiyyətinə malikdir.

Musavat.com xəbər verir ki, bunu BMT-nin Ermənistandakı rezident əlaqələndiricisi Fransuaza Yakob forumda bildirib.

Onun sözlərinə görə, bu vəziyyət ölkənin investorlar üçün cəlbediciliyinə ciddi mənfi təsir göstərir.

Yakob həmçinin vurğulayıb ki, kənd təsərrüfatı, tikinti və mədənçilik fəaliyyəti nəticəsində Ermənistanda aktiv səhralaşma və çayların çirklənməsi prosesi sürətlənib.

Qeyd olunub ki, rəsmi İrəvan ətraf mühitin mühafizəsinə ÜDM-in cəmi 0,6 faizini ayırır.

Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr